Cümə axşamı Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum baş verib. Cümə axşamı Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum baş verib.

Tbilisidə atışma zamanı prezidentin kürəkəni yaralandı

Cümə axşamı Gürcüstan prezidentinin kürəkəni Mindia Qoqoçuriyaya qarşı silahlı hücum baş verib.

Trend-in Rustavi-2 telekanalına istinadən verdiyi məlumata görə o, güllə yarasıyla xəstəxanaya yerləşdirilib.

"Qoqoçuri respublika xəstəxanasına yerləşdirilib və hal hazırda onun üzərində əməliyyat aparılır", - TV-yə istinadən Trend xəbər verir.

Gürcüstan mediası qeyd edir ki, Daxili İşlər Nazirliyi cinayət işinin araşdırılmasına başlayıb. Hadisənin detalları məlum deyil.

Xatırladaq ki, Qoqoçuri, birinci xanımın qızı ilə qeydiyyatsız nigahda yaşayır. O, ilk dəfə diqqət mərkəzinə 2017-ci ilin yanvarında düşüb. Qoqoçuri və onun dostu gecə vaxtı paytaxtın mərkəzində odlu silahdan yaralanıblar. Onlar ayaq nayihəsində yaralarla xəstəxanaya yerləşdiriliblər.

AzNews.az