İyunun 5-i Tailandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb. İyunun 5-i Tailandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb.

Tailandda təyyarə qəzası - 3 nəfər öldü

İyunun 5-i Tailandın şimal-qərbində yerləşən Mae Hong Son əyalətində hava limanından ayrıldıqdan sonra radar ekranlarından itmiş tək motorlu təyyarənin düşməsi nəticəsində üç nəfər həlak olub, biri ağır yaralanıb.

Bu haqda Trend "The Nation" qəzetinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, qəza yerində axtarış qrupu hava limanından 30 kilometr şimalda itən dörd nəfərlik təyyarədən sağ qalan bir nəfər sərnişini tapıb. Onun vəziyyəti haqqında dəqiq məlumat yoxdur. Digər bir sərnişin və iki pilot ölüb.

Hadisə yerində axtarışlar davam etdirilir.

AzNews.az