Türkiyə polisi ölkənin şimal-qərbində xüsusi əməliyyat keçirib. Türkiyə polisi ölkənin şimal-qərbində xüsusi əməliyyat keçirib.

Türkiyədə xüsusi əməliyyat - 11 İŞİD-çi saxlanıldı

Türkiyə polisi ölkənin şimal-qərbində xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat çərçivəsində İŞİD terror təşkilatının 11 üzvünün saxlanıldığı bildirilir.

Məlumata görə, saxlanılanların 9-u Türkiyə vətəndaşı, 2 nəfər isə əcnəbi şəxsdir.

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı oradan odlu silah, hətta partlayıcı qurğular müsadirə olunduğu deyilir.

Qeyd edək ki, İŞİD terror təşkilatına qarşı son xüsusi əməliyyat İstanbulda keçirilib və əməliyyat zamanı 39 terrorçu saxlanılıb.

AzNews.az