Kərkədan ovuna çıxan brokonyerləri şirlər parçaladı

Cənubi Afrika Respublikasının "Sibuya" qoruğunda şirlər kərkədan ovuna çıxan ən azı iki brokonyeri parçalayıblar.

"Report" BBC-yə istinadən xəbər verir ki, qoruq işçiləri Kenton-on-Si şəhəri yaxınlığında, şirlərin toplandığı yerdə 2 və ya 3 brokonyerin qalıqlarını tapıblar.

Onların yanında silah və balta da olub. Ovçular, çox ehtimal ki, kərkədanları öldürərək buynuzlarını kəsməyi planlaşdırıblar.

"Onlar azıblar və şirlərin toplaşdığı yerə gedib çıxıblar – orada böyük şir dəstəsi var. Odur ki, onların vaxtı az olub", - deyə qoruq sahibi Nik Foks bildirib.

Onun sözlərinə görə, qoruq əməkdaşları insan qalıqlarının olduğu yerə gedib çıxmaq üçün bir neçə şiri yatızdırmalı olublar.

"Biz brokonyerlərin neçə nəfər olduğunu dəqiq bilmirik, onlardan çox az şey qalıb ", - deyə Foks bildirib.

Hazırda polis brokonyerlərdən kiminsə sağ qalması ehtimalı ilə hadisənin baş verdiyi ərazidə keşik çəkir.

AzNews.az