Kiyevdə bir günlük tətil elan edildi

Ukranyanın paytaxtı Kiyevdə fasiləsiz yağan qar səbəbi ilə fövqəladə hal elan edilib. Aramsız yağan qar şəhər həyatının dayanmasına səbəb olub.


Bu gün təcili toplanan Ukranya Nazirlər Kabineti aldığı qərarla, 25 Mart Bazar ertəsi gününü Kiyev və Kiyev ərazisində fəaliyyət göstərən bütün rəsmi qurumlarda tətil elan edib. Bu qərar ölkədə fəaliyyət göstərən bəzi özəl qurumlara da aid edilir.

Nazirlər Kabinetinin bu qərarı Kiyev Böyükşəhər Bələdiyyəsinin tələbi ilə aldığı bildirilir. Qeyd edək ki, Kiyev və bölgədəki tətil, fövqəladə halın aradan qaldırılması işlərində çalışan bələdiyyə işçilərinə və sağlamlıq xidməti verənlərə aid edilmir.

Məlumat üçün bildirək ki, ölkədə yağan qar 600 yaşayış məntəqəsini işıqsız qoyub. Yerli saatla saat 14.00 etibarilə Kiyevdə temperaturun mənfi 6 dərəcəyə düşdüyü bildirilir. Bu gün də Kiyevdə qar yağışı fasiləsiz davam edəcək. Kiyevdə küçələrdə qarı qalınlığı 2 metrə qədər çıxarkən, ana yollardakı qar qalınlığı isə 20 santimetrə çatıb.


Xəyalə Məmmədova
AzNews.az