"İsrailin üzr istəməsinə təəccüblənmədim"

Müasir linqvistikanın "atası" hesab olunan, məşhur yəhudi publisist və siyasi dissident Noam Çomski İsrail rejiminin Türkiyədən üzr istəməsinə təəccüblənmədiyini bildirib.

İsrail rejimi və Türkiyənin yarım əsrə yaxındır ki, yaxın müttəfiq və ortaq maraqları olan ölkələr olduğunu bildirən Çomski, bu məsələnin yaxın zamanlarda həll edilməsini gözlədiyini qeyd edib.
Amerikalı alim bildirib ki, Türkiyənin şərqində yerləşən hərbi bazaların İsrail rejimi tərəfindən İran əməliyyatlarından birində istifadə edilə bilməsi də onu təəccübləndirməyəcək.

AzNews.az