Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib. Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Küveytdə restoranda kütləvi zəhərlənmə

Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, restoranının 287 müştərisi falafel yeməyindən zəhərlənib. Onların hamısı xəstəxanaya çatıdırılıb, lakin hazırda əksəriyyəti evə buraxılıb.

Hazırda xəstəxanada 53 nəfər müalicə alır, onların vəziyyəti normaldır.

Kütləvi zəhərlənmənin baş verdiyi restoran bağlanacaq.

AzNews.az