Android P (9.0) Google şirkətinin səbirsizliklə gözlənilən məhsullarından biridi. Bu versiyada bir sıra yeniliklər olacaq Android P (9.0) Google şirkətinin səbirsizliklə gözlənilən məhsullarından biridi. Bu versiyada bir sıra yeniliklər olacaq

Android-ə möhtəşəm yenilik gəlir - Fotolar

Android P (9.0) Google şirkətinin səbirsizliklə gözlənilən məhsullarından biridi. Bu versiyada bir sıra yeniliklər olacaq

AzNews.az Technote-a istinadən xəbər verir ki, Android P (9.0) Google şirkətinin səbirsizliklə gözlənilən məhsullarından biridi. Belə ki bu versiyada bir çox interfeys və texniki dəstək yenilənmələri olacaq. Əldə edilən məlumatlara əsasən Android P HEİF keyfiyyətində şəkil formatını və VP9 video kodekini dəstəkləyəcək.

HEİF formatlı şəkillər xüsusi hazırlanmış alqoritma vasitəsilə sıxışdırılır və əldə olunan nəticədə şəkil daha keyfiyyətli görünür. Rənglər də pozulma olmur, piksellər itmir və s. JPG şəkilləri kimi HEİF şəkillərin də özünə məxsus formatı olacaq. Bu texnologiya əslində iOS 11 sistemində mövcuddur, lakin insanlar JPEG və HEİF şəkillər arasındakı fərqi çətin anladığı üçün çox istifadə edilmir. HEİF formatı əsasən çəkilən şəkillərə böyük ekranlarda baxarkən öz fərqindən bəhs etdirir. Bu formatın bir digər üstün cəhətləri isə belədir:

Çəkilən şəkillər qaleriyada thumbnail tipli kiçik şəkillər yaratmayacağı üçün telefon yaddaşı dolmayacaq.

Ardıcıl şəkil çəkərkən bütün şəkillər bir fayl daxilində toplana bilir.

Şəkillərdə 360, 90, 180, və 270 dərəcələri default olaraq seçilə bilir.

Hər şəkil üçün rəng və dərinlik xəritəsi şəkilin özündə saxlanıla bilir.



VB9 Kodek- HDR dəstəkli videolar çəkmək üçün vacib olan bir video kodekidir. Əsasən Youtuber-lər üçün daha vacibdir. Çünki videonu upload edərkən keyfiyyətdə azalmalar bu kodekdə olmur.

Bu kodek formatı Google tərəfindən hazırlanmış və müəllif huquqları olmadan hərkəs üçün istifadəyə açıq bir formatdır. Hal-hazırda Youtube platformasında baxdığımız bir çox video bu format ilə hazırlanır. Android Psistemi ilə birliktə artıq VB9 kodek dəstəkli videolar çəkə biləcik və əlavə olaraq bu videolar HDR dəstəyinə malik olacaq. Qısaca, artıq Youtube üçün telefon ilə çəkilən videolar sanki profesional kameralar ilə çəkilmiş kimi ola biləcək. HDR dəstəkli VB9 kodek videosunun necə olduğunu bilmək üçün aşağıdakı videoya baxmağınız kifayətdir.