'Maşın yolda belə sürətlə şütüyəndə onun özü arxa oturacaqda növbəti qurbanlarından biri ilə cinsi əlaqəyə girirdi. Onun qurbanları isə həmişə yetkinlik yaşına çatmamış qızlar idi". 'Maşın yolda belə sürətlə şütüyəndə onun özü arxa oturacaqda növbəti qurbanlarından biri ilə cinsi əlaqəyə girirdi. Onun qurbanları isə həmişə yetkinlik yaşına çatmamış qızlar idi".

“O, əxlaqsız və tərbiyəsiz adam idi“

'Maşın yolda belə sürətlə şütüyəndə onun özü arxa oturacaqda növbəti qurbanlarından biri ilə cinsi əlaqəyə girirdi. Onun qurbanları isə həmişə yetkinlik yaşına çatmamış qızlar idi".






Milli.az-da verilən məlumata görə, mərhum rusiyalı milyarder, Londonda müəmmalı şəkildə ölən Boris Berezovskinin sabiq sürücüsü Mark Pendlberi belə deyir.

Onun sözlərinə görə, Berezovski Şərqi Avropa ölkələri və xüsusilə də Baltikyanı dövlətlərdən yetkinlik yaşına çatmamış, yeniyetmə bakirə qızları xüsusi aviareyslərlə malikanəsinə gətizdirirdi.

"O, malikanəsində belə yeniyetmə qızlarla gecələr keçirməyi çox sevirdi. Britaniya polisinin bu biabırçılıqdan xəbərsiz qaldığını düşünmürəm. Sadəcə, hamı susurdu, sanki heç nə baş vermirdi. Berezovski çox əxlaqsız və tərbiyəsiz adam idi", - Pendlberi bildirib.

Sabiq sürücünün sözlərinə görə, bir dəfə Latviyanın paytaxtı Riqadan Berezovski üçün 16 yaşlı qız gətirilmişdi və oliqarx da qızı Londondakı Lanesborough otelinə aparmışdı.

"Berezovski gecəni o qızla qaldı. Səhər isə mənə tapşırdı ki, qızı təyyarəyə çatdırım. Təyyarəyə çatmaq üçün Londonun tıxaclı küçələri ilə maşını sürətlə sürdüm. Qız ağlayır, evə getmək istədiyini deyirdi. Qızı təyyarəyə çatdırdım və Berezovskiyə zəng vurub məlumat verdim. O da razı qaldığını söylədi", - 49 yaşlı Pendlberi deyib.

Berezovskinin sürücüsü olanda ildə 100 min funt-sterlinq maaş almış sabiq desantçının sözlərinə görə, milyarderin malikanəsinə tez-tez qız daşıyırdı.

Berezovskinin xanımı, ondan 21 yaş kiçik olan Yelena Qorbunovanın ərinin bu "macəra"larından xəbəri olub-olmadığı bilinmir.

AzNews.az