Tramp Kraliçanı əsəbiləşdirdi - Video

İngiltərə səfərində ABŞ prezidenti Donald Tramp Kraliça II Elizabetlə görüşüb. Görüş zamanı Trampın davranışı müzakirə mövzusu olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Trampın qarşılanma zamanı əsgərləri salamlama mərasimində Kraliçaya münasibəti tənqid edilib. Həmin anlar kameralar tərəfindən görüntülənib.

Bundan başqa, ABŞ prezidentinin İngiltərə səfəri zamanı paytaxt London başda olmaqla, bir çox şəhərlərdə ona qarşı etiraz aksiyaları keçirilib.

Trampın irqçiliklə bağlı qərarları etirazçılar tərəfindən tənqid edilib. Etiraz aksiyalarında “Tramp, evinə qayıt”, “Tramp, rədd ol” kimi şüarlar səsləndirilib.