BBC-nin yaydığı xəbərə görə, Suriya üsyançılarının hərbi komandirlərindən olan Riad al-Asaad Deir al-Zour əyaləti yaxınlığında bomba partlayışı nəticəsində yaralanıb BBC-nin yaydığı xəbərə görə, Suriya üsyançılarının hərbi komandirlərindən olan Riad al-Asaad Deir al-Zour əyaləti yaxınlığında bomba partlayışı nəticəsində yaralanıb

Komandir partlayış nəticəsində ayağını itirdi

BBC-nin yaydığı xəbərə görə, Suriya üsyançılarının hərbi komandirlərindən olan Riad al-Asaad Deir al-Zour əyaləti yaxınlığında bomba partlayışı nəticəsində yaralanıb



Hərbi Komandir bir dəfə prezident Bəşər Əsədə qarşı silahlı üsyana rəhbərlik edib.
Məlumat üçün deyək ki, keçən ilin dekabr ayında təxminən 260-dan çox Azad Suriya Ordusunun liderləri ordunu vahid komandada birləşdirmək üçün Antalyada görüşmək qərarına gəlmişdilər.

Onlar 30 üzvü olan Ali Hərbi Şura seçərək, Gen Səlim İdrissi ona rəhbər təyin etmişdilər.

Hərbi komandir Riad al-Asaadın dediyinə görə, o Antalyada keçirilən görüşə təşkilatçı xarici qüvvələr tərəfindən dəvət edilməyib.

Fəalların dediyinə görə, bomba Mayadeen gedən Azad Suriya Ordusuna rəhbərlik edən Riad al-Asaadın avtomobilinin yanında partlayıb. Azad Suriya Ordusunun təmsilcisinin BBC-yə verdiyi məlumata görə partlama zamanı hərbi komandir bir ayağını itirib.

Şamxal Əbilov
AzNews.az