ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinki görüşü haqda məlumatları “saxta xəbərlər” adlandırıb. ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinki görüşü haqda məlumatları “saxta xəbərlər” adlandırıb.

Tramp Putinlə görüşünə görə medianı günahlandırdı

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinki görüşü haqda məlumatları “saxta xəbərlər” adlandırıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Tvitter səhifəsində yazıb:

“Saxta xəbərlərdə mənim Putinlə görüşümün mənfi keçməsi haqda yazırlar və hətta bu görüşdən imtina etdiyimi bildirirlər. Yadınızda qalsın, mən heç nədən imtina etməmişəm”.

Tramp qeyd edib ki, onlar sadəcə hər iki ölkənin uğurlu əməkdaşlığı üçün hansı faydalar qazanacaqlarını müzakirə ediblər. O həmçinin, Putinlə görüşün “çox yaxşı” keçdiyini deyib.

Xatırladaq ki, daha əvvəl Tramp Şimali Koreya lideri ilə dialoqdan imtina etməsi xəbərini də təkzib etmişdi.

AzNews.az