Rusiya Kənd Təsərrüfatı Nazirliyi iyulun 24-dən Belarusdan şampinyon göbələklərinin tədarükünü dayandıracaq. Rusiya Kənd Təsərrüfatı Nazirliyi iyulun 24-dən Belarusdan şampinyon göbələklərinin tədarükünü dayandıracaq.

Rusiya Belarusdan göbələk tədarükünü dayandırır

Rusiya Kənd Təsərrüfatı Nazirliyi iyulun 24-dən Belarusdan şampinyon göbələklərinin tədarükünü dayandıracaq.

Trend-in məlumatına görə, buna səbəb Rusiya tərəfindən müvafiq qurumun Pskov vilayətində sərhəd-buraxılış məntəqəsində apardığı fitosanitar yoxlama olub. Belə ki, Belarusdan Rusiyaya gətirilməsi nəzərdə tutulan 4,608 ton göbələyin sənədlərinin qaydada olmadığı, məhsulun markalanmasında problem olduğu ortaya çıxıb.

Müvafiq qurum bildirir ki, bəzi göbələk qutularında məhsulun Polşada istehsal olunması qeyd olunan markalanma olub.

Rusiya tərəfi Belarusdan faktın araşdırılmasını xahiş edib.

AzNews.az