- Köhnə - Dünya
- 24 İyul 2018 17:26
- 3 938
Rusiyada təyyarə qəzası - Ölənlər var

Rusiyada “Zlin326” markalı yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Moskvaətrafı Serpuxov rayonunda baş verib.
Təyyarənin göyərtəsində iki nəfər olub. Onlar hadisə nəticəsində ölüblər.
Hüquq-mühafizə orqanları qəzanın səbəbini araşdırır.
AzNews.az