Yaponiya və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşü iyulun 31-də Moskvada keçiriləcək. Yaponiya və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşü iyulun 31-də Moskvada keçiriləcək.

Lavrovun Yaponiyadan qonağı var

Yaponiya və Rusiyanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında görüşü iyulun 31-də Moskvada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 27-də təşkil edilən mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Taro Kano məlumat verib.

Yaponiyalı nazirin Moskvada rusiyalı həmkarı Sergey Lavrovla ayrıca görüşü də nəzərdə tutulur. Görüşlər zamanı iki ölkə arasında əməkdaşlıq, ilk növbədə, sülh müqaviləsinin imzalanması və beynəlxalq gündəliyin digər məsələlərinin müzakirələri planlaşdırılır. Bununla yanaşı, Yaponiya ilə Rusiya arasında təhlükəsizlik mövzusuna toxunulacağı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı da bildirilir.

Xatırladaq ki, Rusiya ilə Yaponiya arasında “2+2” formatında ilk görüş 2013-cü ilin noyabrında Tokioda keçirilib. Ukrayna böhranı və Yaponiyanın Moskvaya qarşı sanksiyalara qoşulması ilə format dondurulub. Yeni görüşün keçirilməsi barədə qərar isə Rusiya Prezidentinin 2016-cı ilin dekabrında Yaponiyaya səfəri zamanı qəbul edilib. Son görüş 2017-ci ilin martında Tokioda keçirilib.

AzNews.az