Rusiya Hərbi Qüvvələrinin Baş Döyüş Təlim Qərargahının rəisi, general-leytenant İvan Buvaltsev “Rossiya-24” TV-yə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin NATO ölkələrinə Beynəlxalq Ordu Oyunları ilə bağlı dəvətnamə göndərdiklərini bildirib. Rusiya Hərbi Qüvvələrinin Baş Döyüş Təlim Qərargahının rəisi, general-leytenant İvan Buvaltsev “Rossiya-24” TV-yə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin NATO ölkələrinə Beynəlxalq Ordu Oyunları ilə bağlı dəvətnamə göndərdiklərini bildirib.

Rusiya NATO-ya da dəvət göndəribmiş

Rusiya Hərbi Qüvvələrinin Baş Döyüş Təlim Qərargahının rəisi, general-leytenant İvan Buvaltsev “Rossiya-24” TV-yə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin NATO ölkələrinə Beynəlxalq Ordu Oyunları ilə bağlı dəvətnamə göndərdiklərini bildirib.

Aznews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, general bu il bütün NATO ölkələrinə dəvətnamə göndərildiyini, lakin yalnız Yunanıstan komandasının iştirakını təsdiqlədiyini qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları 28 iyul – 12 avqust aralığında Rusiya, Çin, Qazaxıstan, Belarus, İran, Azərbaycan və Ermənistanda baş tutacaq. Müsabiqədə fərqli ölkələrin orduları müxtəlif kateqoriyalar üzrə yarışacaqlar.

Nurlan Ağa