ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə ikinci görüşünü 2019-cu ilə təxirə salmasından sonra Putin həmkarını Moskvaya dəvət edib. ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə ikinci görüşünü 2019-cu ilə təxirə salmasından sonra Putin həmkarını Moskvaya dəvət edib.

Putin Trampı Moskvaya dəvət elədi

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə ikinci görüşünü 2019-cu ilə təxirə salmasından sonra Putin həmkarını Moskvaya dəvət edib.

Aznews.az “CNN Türk”ə istinadən bildirir ki, Finlandiyanın paytaxtı Helsinkidə tarixi zirvəyə imza atmış ABŞ və Rusiya prezidentləri ikinci görüş barədə ehtimalın olduğunu da diqqətə çatdırmışdılar. Lakin Tramp ona qarşı yönəlmiş tənqidlərdən çəkinərək bunun 2019-cu ilə qədər ertələnməsini bildirmişdi.

V.Putin isə bu hadisədən sonra verdiyi açıqlamada Trampı Moskvaya dəvət etdiyini qeyd edib.

Görüşdə Vaşinqtonla ABŞ arasında qlobal problemlərdən əlavə, İran məsələsinin də danışılacağı ehtimal gözlənilir.

Nurlan Ağa