Obamanın ilginc sənədləri aşkarlandı

Onun orta məktəb sənədlərində bəzi maraqlı məlumatlar diqqət çəkir



İndoneziyaya səfərə hazırlaşan Obamanın Cakartada orta məktəb sənədləri ortaya çıxıb. Sənədlərə əsasən məlum olur ki, Obama uşaq olarkən müsəlman imiş.

O da məlun olub ki, Obamanın anası ilə müsəlman olan keniyalı atası Obama dünyaya gəldikdən 2 il sonra boşanıblar. Anası ikinci dəfə müsəlman olan bir indoneziyalı ilə evlənib. Beləliklə, Loto Soetoro Obamanın ögey atası olur. Və anası xristian olmasına baxmayaraq, Obama ögey atası tərəfindən İndoneziyanın mərkəzi şəhəri Cakartada müsəlman məktəbinə göndərilir. 1961–ci il təvəlüddlü Barak Obama 8 yaşında ikən məktəbə getməyə başlayır. Ögey atası ona öz soyadını verir və Barak adını qısaldaraq "Barry" edir. Və orta məktəb sənədlərində Barack Obama Barry Soetoro olaraq qeydiyyata alınır. Və məktəb sənədlərində Din xanasına isə "müsəlman" yazılır.

Aysel
AzNews.az