Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib. Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib.

Məşhur cərraha prezident olmaq təklif edilib, o isə...

Rusiyada məşhur olan cərrah Leo Bokeriyaya Gürcüstan prezidenti olmaq təklif edilib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, "Rustavi 2"nin baş direktoru Nika Qvaramiya "Aktsentı" verilişində ölkənin keçmiş baş naziri, hakim "Gürcü arzusu" partiyasının rəhbəri Bidzina İvanişvilinin L.Bokeriyaya prezidentliyə namizəd olmağı təklif etdiyini bildirib.

Onun sözlərinə görə, İvanişvili Gürcüstan vətəndaşı olmayan və faktiki olaraq, Gürcüstanda yaşamayan və buna görə də prezident ola bilməyəcək Bokeriyaya hər şeyi yoluna qoyacağı vədi verib.

N.Qvaramiya bu təklifin hətta Bokeriyanı da güldürdüyünü bildirib.

AzNews.az