Dünyanı gözləyən böyük təhlükə

Dünyanın 27 min 500 kilometr yaxınından toxunub keçən `2012 DA14 `adlı asteroidin, 2030-cu illərdə yer kürəsinə daha yaxın keçəcəyi qeydə alınıb.


Bu il fevralın 15-də dünyaya çox yaxın keçən böyük bir asteroid, ən yaxın və dəqiq olaraq Antalya Bakırlıtepedəki Tübitak Milli Rəsədxanasından görülüb.Rəsədxana rəhbəri prof. Dr. Xəlil Kırbıyık 45 metr diametrindəki 2012 DA14 adlı asteroidin keçid vaxtını ən dəqiq şəkildə Tübitak Milli Rəsədxanasından göründüyünü açıqlayıb.O, həmin asteroidin 2030-cu ildə də bu dəfəki keçid nöqtəsinə görə dünyaya daha yaxından keçəcəyini vurğulayıb. Məlumat üçün deyək ki, adı çəkilən rəsədxana tərəfindən bu asteroidin beş mərhələsi qeydə alınıb.


Xəyalə Məmmədova
AzNews.az