Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib. Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

Yaponiya silkələndi

Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeraltı təkanlar 2011-ci ildə atom qəzasının baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasında da hiss olunub.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ paytaxt Tokioda hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

AzNews.az