Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb. Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.

Qasırğa 9 nəfəri xəstəxanalıq etdi

Rusiyanın Kabarda-Balkar Respublikasında qasırğa nəticəsində 9 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, güclü külək və leysan yağışları nəticəsində 7 yaşayış məntəqəsində elektrik təchizatı kəsilib.

Bundan başqa, bir sıra tikililərə, o cümlədən bir neçə məktəb binasına ciddi ziyan dəyib.

Hazırda bölgədə qasırğanın fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.

AzNews.az