Rəsmi Moksva Ankaraya qaçqınların evlərinə qayıtmasını asanlaşdırmaq üçün fəaliyyət planı hazırlanmasını təklif edib. Rəsmi Moksva Ankaraya qaçqınların evlərinə qayıtmasını asanlaşdırmaq üçün fəaliyyət planı hazırlanmasını təklif edib.

Rusiyadan Türkiyəyə suriyalılarla bağlı təklif

Rəsmi Moksva Ankaraya qaçqınların evlərinə qayıtmasını asanlaşdırmaq üçün fəaliyyət planı hazırlanmasını təklif edib.

Aznews.az-ın “TASS” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev “TASS”a açıqlamasında bildirib. O, qeyd edib ki, hazırda Türkiyədə 3,5 milyon qaçqın məskunlaşıb və onların yerləşdirilməsi üçün ölkənin köməyə ehtiyacı var.

Ankarada olduqları vaxt bu məsələni gündəmə gətirdiklərini bildirmiş A.Lavrentyev qaçqınların daimi yaşayış yerlərinə qaytarılması istiqamətində addımların atılmasını və bunun üçün fəaliyyət planı hazırlamağın lazımlığını vurğuladığını deyib.

Qeyd edək ki, ötən həftə Rusiyanın Suriya nümayəndəsi və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Suriya, İordaniya, Livan və Türkiyəyə Suriya qaçqınları məsələsinin müzakirəsi üçün səfər təşkil ediblər.

Nurlan Ağa