- Köhnə - Dünya
- 1 Avqust 2018 15:20
- 3 176
Gürcüstan prezidenti kim olacaq? - Oktyabrın 28-də bilinəcək
Gürcüstanda bu il prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Gürcüstanda bu il seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək. Bu müddət başa çatandan sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.
AzNews.az