Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya lideri Vladimir Putini Xorvatiyanın paytaxtı Zaqrebə dəvət edib. Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya lideri Vladimir Putini Xorvatiyanın paytaxtı Zaqrebə dəvət edib.

Xorvatiyanın prezidenti Putini görüşə çağırır

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Rusiya lideri Vladimir Putini Xorvatiyanın paytaxtı Zaqrebə dəvət edib.

Aznews.az “gazetem.ru”ya istinadən bildirir ki, hər iki ölkənin gündəmində çox sayda mövzunun toplandığını qeyd etmiş xanım prezident “Kommersant” qəzetinə verdiyi açıqlamada “ölkə başçısı Putini Xorvatiyaya dəvət etdim. Bu, Rusiya prezidentinin ölkəmizə ilk rəsmi səfəridir və səfərin tam vaxtına düşdüyünü düşünürəm” – deyə, bildirib.

Qrabar-Kitaroviç vurğulayıb ki, Rusiyanın Xorvatiyaya marağını Dünya Çempionatında da görmək mümkün idi. O, planlaşdırdığı görüşün təkcə iki ölkə üçün yox, bütün Cənub-Şərqi Avropa ölkələrinin xeyirinə olacağını deyib.

Qeyd edək ki, Xorvatiyanın xanım prezidenti 2017-ci ilin oktyabrında Soçidə olub, həmçinin Nijni-Novqorod və Moskvada futbol yarışlarına qatılıb.

Nurlan AĞA
Aznews.az