- Köhnə - Dünya
- 1 Avqust 2018 16:41
- 2 625
Ərdoğan suriyalıları geri göndərir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyun seçkisindən əvvəl Antepdəki mitinqində Suriya torpaqlarında təhlükəsizliyinin təmin olunması və bütün qaçqınların evlərinə qayıtması ilə bağlı açıqlamasından sonra ilk addımlar atılıb.
Aznews.az “Milliyet”ə istinadən verdiyi xəbərə əsasən, dünən Miqrasiya xidmətinin qaçqın çadırlarına göndərdiyi təlimatda 23.095 suriyalının məskunlaşdığı Antepin Nizip, İslahiyyə, Qarqamış, 8.627 nəfərin olduğu Adıyaman və 2.458 qaçqının yerləşdiyi Mardin Midyatdakı düşərgələrin ləğv olunacağı bildirilib.
Aradan qaldırılacaq düşərgələrdəki 34.180 suriyalı Hatay, Kilis bölgələri ilə Şanlıurfanın Ağcaqala, Suruc və Ceyranpınar ərazilərinə, sərhədə yaxın yerə köçürüləcək.
Bir ay içində həyata keçirilməsi planlaşdırılan köçürmə ərəfəsində Nizipdə 5 min Suriya əhalisinin olduğu şəhərcik fəaliyyətini davam etdirəcək.
Nurlan AĞA
Aznews.az