- Köhnə - Dünya
- 1 Avqust 2018 17:43
- 5 280
Hicab Danimarkada da qadağan olundu
Danimarka hökumətinin ölkənin hüquqi və demokratik dəyərlərinə zidd sayaraq hicabın qadağan edilməsi barədə qərarı bu gün qüvvəyə minib.
Aznews.az “BBC”yə istinadən xəbər verir ki, bəzi müsəlman qruplaşmalar və qadağanın əleyhinə olan şəxslərin ölkənin paytaxtı Kopenhagendə protesto təşkil edəcəkləri ehtimal olunur.
Folketinqin (Danimarka Parlamenti) mayın sonunda 30-a qarşı 75 səslə qəbul etdiyi qərara görə, ictimai yerlərdə örtünən şəxslər qadağanı növbəti dəfə heçə saydıqları halda 100 və 10.000 Danimarka kronu arası (təxminən, 160-1600 dollar) cərimə olunacaqlar.
5,7 milyon nəfər əhaliyə malik ölkədə yarım milyon müsəlman olduğu təxmin edilir. 2017-ci ilin statistikasına görə, Danimarka əhalisinin 8,7%-ni qərbli olmayan köçkünlər təşkil edirlər.
Qeyd edək ki, Danimarka Avstriya, Fransa, Belçika və Bolqarıstandan sonra hicabı qadağan edən beşinci ölkə oldu. Həmçinin bu yaxınlarda Niderland da hicabı qadağan edən qərar qəbul etmişdi.
Nurlan AĞA
Aznews.az