Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində motosikletin minaya düşməsi nəticəsində 3 uşaq ölüb, biri yaşlı olmaqla iki nəfər yaralanıb. Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində motosikletin minaya düşməsi nəticəsində 3 uşaq ölüb, biri yaşlı olmaqla iki nəfər yaralanıb.

Əfqanıstanda sutkanın ikinci dəhşəti - 3 uşaq öldü

Əfqanıstanın cənubunda yerləşən Qəndahar əyalətində motosikletin minaya düşməsi nəticəsində 3 uşaq ölüb, biri yaşlı olmaqla iki nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Polisin məlumatına görə, motosikletdə hərəkət edən insanlar minaya düşüblər.

Bildirilib ki, bu, ötən bir sutkada Qəndəharda baş vermiş ikinci hadisədir. Ötən gün avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

AzNews.az