Adnan Oktar öz müridlərini hərbi xidmətdən yayındırıb. Türkiyədə aparılan istintaq zamanı Ü.K., E.E., Ö.M. və Y.S.E. adlı nümayəndələr Oktarın əsgərlik haqqındakı mövqeyi ilə bağlı danışıblar. Adnan Oktar öz müridlərini hərbi xidmətdən yayındırıb. Türkiyədə aparılan istintaq zamanı Ü.K., E.E., Ö.M. və Y.S.E. adlı nümayəndələr Oktarın əsgərlik haqqındakı mövqeyi ilə bağlı danışıblar.

Adnan Oktar müridlərini əsgərlikdən yayındırırmış: “Biz axmaq deyilik”

Adnan Oktar öz müridlərini hərbi xidmətdən yayındırıb. Türkiyədə aparılan istintaq zamanı Ü.K., E.E., Ö.M. və Y.S.E. adlı nümayəndələr Oktarın əsgərlik haqqındakı mövqeyi ilə bağlı danışıblar.

Aznews.az “Milliyet”ə istinadən bildirir ki, A.Oktarın əsgərlik yaşı çatmış çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün xaricə göndərdiyi məlum olub. İstintaq sənədlərində ifadəsi olan Ü.K.-nin sözlərinə görə, qrup lideri gəncləri əsgərlikdən saxlatmaq üçün işləmək adı ilə ölkədən kənara çıxarıb.

Ü.K. Oktarın “Biz axmağıq ki dəyərli vaxtımızı orada keçirək? Əsgər getmək nəyə lazımdır?” dediyini və qruplaşmada heç kimin hərbi xidmətdə olmadığını, çox az qismin isə bura qoşulmazdan əvvəl əsgərlikdə olduğunu qeyd edib. O, özünün də əsgərlik vaxtı çatdığında Dubaya göndərildiyini və qrup nümayəndələrindən olan C.Y.-nin şirkətində işləyirmiş kimi göstərildiyini bildirib.

Mövzu ilə bağlı ifadə vermiş şəxslərdən biri Y.S.E. isə Adnan Oktarın onları həmişə əsgərlikdən uzaqlaşdırdığını və “Axmaqsınız? Mənim sizə burada ehtiyacım var” dediyini vurğulayıb.

Nurlan AĞA
Aznews.az