Eyfel açılır

Parisin məşhur Eyfel qülləsi əməkdaşların 1,5 gün davam etmiş tətilindən sonra bu gün turistlər üçün açılacaq.

Trend-in məlumatına görə, iki gün əvvəl əməkdaşlar əmək şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdi.

Ötən gün razılığın əldə olunduğu məlumat verilir.

O da bildirilib ki, tətil müddətində bilet almış turistlər təzminat alacaq.

AzNews.az