İsveçrədə təyyarə qəzası: 20 ölü - Yenilənib

İsveçrədəki Alp dağlarında Ju-52 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 17 sərnişin və 3 ekipaj üzvü olub. Ölənlər arasında 11 kişi və 9 qadın olduğu bildirilib.

***

16:56

"Report" xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Bildirilir ki, təyyarədə 20 nəfərə qədər şəxs yerləşə bilər. Ölən və xəsarət alanlar barədə hələki heç bir məlumat verilmir.

Hadisə yerinə axtarış-xilasetmə dəstələri cəlb olunub.

image description