Kanada sakini lotereyadan milyonlarla dollar uddu

"Lotto Max" lotereyasına qoyulmuş 7,7 milyon dollar cek-potu Kanada sakini qazanıb.

Trend-in məlumatına görə, bu barədə oyunun təşkilatçısı olan "OLG" şirkətinin nümayəndələri bildiriblər.

Kanada milli lotereya qaydalarına əsasən mükafatı əldə etmək üçün uduşlu bilet təşkilatçılara təqdim edilməli, qalibin adı isə açıqlanmalıdır.