İş adamının oğlu intihar etdi

Moskvada Gürcüstan əsilli rusiyalı iş adamı Mixail Xubutiyanın oğlu Nikoloz intihar edib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, onun intiharının səbəbi məlum deyil.

Hadisə baş verən zaman Mixail Xubutiya Fransanın Sen-Trope şəhərində dincəlirmiş.

Qeyd edək ki, M.Xubutiya Rusaiyada tanınmış iş adamı və ictimai xadimdir. “Rusiyadakı Gürcülər İttifaqı”nın qurucusu və “Vahid Rusiya” Partiyasının üzvüdür. O, “Kolçuqa” şirkəti Direktorlar Şurasının və “Şatyor ticarət evi”nin sədri, Moskvanın mərkəzində yerləşən “Qonaq həyəti” sərgi kompleksinin sahibidir.

M.Xubutiya Rusiyada “silah baron”u adı ilə də məşhurdur.

AzNews.az