Polislərə bıçaqla hücum etdi - Ölənlər var

Çinin cənub-qərbində Sıçuan vilayətində polis məntəqəsinə bıçaqlı hücum olub.

Trend-in məlumatına görə, hücum nəticəsində məntəqədə bir neçə polis əməkdaşı, eləcə də mülki şəxslərin yaralandığı bildirilir. Ağır yaralanan daha 2 polisin dünyasını dəyişdiyi deyilir.

Hücum edən şəxsin qətldə şübhəli bilindiyi qeyd olunur.

Həmin şəxs atəş nəticəsində zərərsizləşdirilib.

AzNews.az