Ben Ladenin oğlu evləndi

“Əl Qaidə” qruplaşmasının yaradıcısı və sabiq lideri Üsəma Ben Ladenin oğlu Həmzə 11 sentyabr terror aktının təşkilatçısı Məhəmməd Attanın qızı ilə ailə həyatı qurub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ben Ladenin ögey qardaşları Həsən və Əhməd də xəbəri təsdiqləyiblər.

Onların sözlərinə görə, Həmzə terror təşkilatında rəhbər postlardan birini tutub və atasının qisasını almaq niyyətindədir.

AzNews.az