11 jurnalist saxlanıldı

Venesuela Milli İşçi Birliyi ölkə başçısı Nikolas Maduroya qarşı sui-qəsdlə əlaqədar 11 KİV nümayəndəsinin saxlanıldığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Venesuela, Argentina və İspaniyadan olan jurnalistlər var.

Qurumun bəyanatında bildirilir ki, 11 KİV nümayəndəsi əsassız olaraq saxlanılıb, daha bir neçəsi isə döyülüb.

AzNews.az