Təhlükəli terrorçu məhv edildi

Türkiyənin Tunceli-Ovacık bölgəsində keçirilmiş antiterror əməliyyatında zərərsizləşdirilən 6 terrorçudan biri də “Yusuf” ləqəbli İlker Tezerdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, TKP/ML-TİKKO terror təşkilatının məsuliyyətli nümayəndəsi olan İlker Tezer konkret terror aktlarına görə təhlükəli cinayətkar kimi axtarışda olub.

AzNews.az