Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya daxil olması ilə bağlı açıqlama verib. O, bildirib ki, bu hadisə qorxunc qarşıdurma yarada, mənfi nəticələr gətirə bilər. Baş nazir bu addımın niyə atıldığını anlamadıqlarını da qeyd edib. Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya daxil olması ilə bağlı açıqlama verib. O, bildirib ki, bu hadisə qorxunc qarşıdurma yarada, mənfi nəticələr gətirə bilər. Baş nazir bu addımın niyə atıldığını anlamadıqlarını da qeyd edib.

“Gürcüstanın NATO-ya daxil olması qorxuncdur” - Medvedev

Rusiyanın baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya daxil olması ilə bağlı açıqlama verib. O, bildirib ki, bu hadisə qorxunc qarşıdurma yarada, mənfi nəticələr gətirə bilər. Baş nazir bu addımın niyə atıldığını anlamadıqlarını da qeyd edib.

AzNews.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, D.Medvedev “Kommersant FM”ə verdiyi açıqlamada 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında Rusiyanı da əhatə etmiş silahlı qarşıdurmanın əvvəlcədən qarşısını almaq mümkün olduğu halda, baş verdiyini və Gürcüstanın NATO-ya daxil olmasının da təhlükəli olduğunu deyib.

NATO-nun baş katibi Yens Stoltenberq isə açıqlamasında qeyd etmişdi ki, bütün NATO üzvləri Gürcüstanın təşkilata qəbul olunması üçün iş görəcək.

Qeyd edək ki, bu gün NATO üzvləri Latviya, Litva və Polşanın xarici işlər nazirləri Gürcüstanın paytaxtı Tiflisə gedəcəklər.

Rusiya prezidenti Vladimir Putin də açıqlamasında NATO-nun Gürcüstan və Ukraynanı qəbul etməsinin son dərəcə mənfi qiymətləndiriləcəyini bildirib.

Nurlan AĞA
AzNews.az