- Köhnə - Dünya
- 6 Avqust 2018 16:35
- 4 466
“Ukraynanın əsas məqsədi...” - Poroşenko
Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır və ölkəm Avro-Atlantik inteqrasiyanın uğuruna inanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Ukrayna prezidenti Petro Poroşenko deyib.
P.Poroşenko bildirib ki, NATO-nun son zirvə toplantısı bu qurumun Ukraynaya qapılarının açıq olduğunu təsdiqlədi.
“Ukrayna NATO-ya üzv olmaq üçün institusional, siyasi və iqtisadi islahatları və modernləşdirilməni davam etdirəcək. Mən NATO-nun Avro-Atlantik məkana inteqrasiyasına ona görə inanıram ki, xalq bu siyasəti dəstəkləyir”, - deyə Poroşenko əlavə edib.
AzNews.az