- Köhnə - Dünya
- 6 Avqust 2018 16:52
- 3 720
Avstriya mətbuatı: “ABŞ üçün fəlakət olacaq”
Avstriyada nəşr olunan “Contra Magazin” jurnalı Çinin Suriyadakı terrorla mübarizə cəhdlərinə qoşulmasını ABŞ üçün fəlakət kimi qiymətləndirib.
AzNews.az “Sputniknews”a istinadən bildirir ki, Çinin Suriyadakı səfiri Qi Qianjin rəsmi Pekinin Suriya hökuməti və xalqına kömək göstərə biləcəyini qeyd edib. Bunu şərh etmiş “Contra Magazin” jurnalının müəlliflərindən biri Von Marko Mayer Çinin Suriya prosesinə daxil olmasının ABŞ-ın kabus ssenarisi olduğunu yazıb.
Avstriyalı müəllif həmçinin Suriyanın İdlib bölgəsində ABŞ və Körfəz ölkələrinin dəstəklədiyi Əl-Qaidə ilə əlaqəli olan Çin cihadçıları haqqında münasibət bildirib. O, Pekinin bu planla son vaxtlar Çindən Suriyaya getmiş uyğur əsilli terroristləri məhv etmək istədiyini vurğulayıb.
Rusiya və İranla yanaşı, Çinin də Suriya ərazisində aktiv fəaliyyətə başlamasını yerli hökumətin ölkə ərazisində hakimiyyəti ələ keçirəcəyi kimi şərh etmiş Mayer bunun nəticəsində ABŞ və Körfəz ölkələri üçün fəlakət olacağını qeyd edib.
Nurlan AĞA
AzNews.az