Zəlzələdə 20 nəfər yaralandı

Tayvanda meydana gələn 6.1 bal gücündəki zəlzələdə 20 nəfər yaralanıb.

Mərkəzi Meteorologiya Bürosundan verilən xəbərdə ölkənin paytaxtı Taybeydən 250 kilometr kənarda yerləşən Nantou şəhərində meydana gələn zəlzələnin dərinliyinin 15 kilometr olduğu qeyd edilib. Paytaxt Taybey və adanın daxilində qeydə alınan zəlzələ çoxlu sayda binanın təhlükəli hala düşməsinə səbəb olub. Xilasetmə işçilərinin axtarışlar zamanı zəlzələdə hələki 20 nəfərin yaralandığı bildirilir. Səlahiyyətlilər paytaxtın cənubundakı Nantouda isə bir neçə məktəbin divarlarında çatların meydana gəldiyini qeyd ediblər.Xatırladaq ki, Tayvanda 1999-cu ildə meydana gələn 7.6 bal gücündəki zəlzələdə təxminən 2 min 300 adam həyatını itirmişdi.

Xəyalə Məmmədova
AzNews.az