Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların bərpa edilməsinə dair sərəncamına cavabı özünü gecikdirmədi. Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların bərpa edilməsinə dair sərəncamına cavabı özünü gecikdirmədi.

"Sanksiyaların yenidən tətbiqinə çox üzülürük" - Avropadan Trampa cavab (Fotolar)

Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların bərpa edilməsinə dair sərəncamına cavabı özünü gecikdirmədi.

Fransa XİN başçısı Jan-İv Le Drian, onun britaniyalı və almaniyalı həmkarlarıı Ceremi Hant və Hayko Maas, həmçinin AB diplomatiyasının rəhbəri Federika Moqerini bu barədə birgə bəyanat yayıb.

Bəyanatda deyilir: “Sanksiyaların yenidən tətbiq edilməsinə çox üzülürük”.

Sənəddə bildirilir ki, İranla nüvə sazişinin qorunması beynəlxalq müqavilələrə hörmətin təzahürü və təhlükəsizlik məsələsidir.

Xatırladaq ki, ABŞ prezidenti bu gün İrana qarşı sanksiyaların bərpası barədə sərəncam imzalayıb.

AzNews.az