- Köhnə - Dünya
- 14 Sentyabr 2018 11:19
- 10 638
Əsəbləşən işçi müdirinin avtomobilini partlatdı - RQD-5 qumbarası ilə
![](https://www.aznews.az/storage/2018/09/14/497baxdc64cc3ax0ccf02832cf9c26dc85-300x169.jpg)
AzNews.az xəbərinə görə, oxu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Orlov şəhərində baş verib.
Küçədə keçmiş müdiri ilə mübahisə edən şəxs RQD-5 qumbarasını onun avtomobilinə atıb. Nəticədə avtomobil partlayıb.
Hadisəni törədən şəxs qaçıb qohumunun evində gizlənməyə çalışsa da, polis onu yaxalaya bilib.
Faktla bağlı cinayət işi qaldırılıb.
AzNews.az