Almaniyada aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib. Almaniyada aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.

Avtomobil parkı təmir olunurdu - Qədim Roma kitabxanası tapıldı (Fotolar)

Almaniyada aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.

AzNews.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Kitabxana Köln şəhərində yerləşən avtomobil parkının yenidən qurulması zamanı aşkarlanıb.

Bu kitabxana Roma imperiyasının şimal-qərb əyalətlərinin ən qədim kitabxanası hesab olunur. Qədim tikilinin divarlarında 20 min papirus saxlanması üçün oyuqlar mövcuddur.

Köln şəhərinin əsası eramızın 50-ci ilində romalılar tərəfindən qoyulub. O zaman Roma imperiyasının bu əyaləti “Germania” adlanırdı. Arxeoloqların qənaətinə görə, kitabxana eramızın II əsrində - müasir Türkiyə ərazisində yerləşən Efes kitabxanası ilə eyni vaxtda tikilib.

Kölndəki Roma Muzeyinin əməkdaşı Dirk Şmit bildirib ki, hər iki kitabxananın binası ictimai mərkəz kimi də istifadə olunub. Belə ki, imperiyanın bu əyalətlərdəki hakimiyyət nümayəndələri burada mütaliə ilə yanaşı, məsləhətləşmələr də aparıblar.

Kitabxananın divarları Protestant cəmiyyətinin öhdəliyinə verilib. Beləliklə də, bu tarixi tapıntını görmək istəyənlər məhz mərkəzə gedərək oranı ziyarət edə bilərlər.

image description image description image description