Kanada baş naziri: “Üzr istəməyəcəyik”

Kanada baş naziri Səudiyyə Ərəbistanı ilə yaranmış konfliktin həlli sahəsində üzr istəməyəcəklərini və geri addım atmayacaqlarını bildirib.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Kanadanın baş naziri Castin Trüdo bunu jurnalistlərə Montreal şəhərində iştirak etdiyi tədbirdə açıqlayıb. O, qeyd edib ki, Səudiyyə hökuməti ilə diplomatik görüşlər davam edəcək, lakin Kanadanın üzr istəməsi və Ərəbistanda aktivistlərin həbs olunması ilə bağlı insan haqlarının pozulması haqqındakı tənqidlərdən imtina edilməsi gündəmdə olmayacaq.

Baş nazir Trüdo Səudiyyə Ərəbistanı ilə münasibətlərin pisləşməsini istəmədiklərini, ölkənin dünyada böyük nüfuza və insan haqları sahəsində müəyyən irəliləyişə sahib olduqlarını bildirərək yenə də Kanadanın Yerin hər tərəfində mövcud olan çətinlikləri qabartmağa davam edəcəklərini qeyd edib.

Nurlan AĞA
AzNews.az