Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, ABŞ-ın rus bankları, yaxud da valyuta əməliyyatlarını məhdudlaşdırmağa yönəlmiş hər hansı bir addımı iqtisadi müharibə olaraq qiymətləndiriləcək. Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, ABŞ-ın rus bankları, yaxud da valyuta əməliyyatlarını məhdudlaşdırmağa yönəlmiş hər hansı bir addımı iqtisadi müharibə olaraq qiymətləndiriləcək.

Rusiya və ABŞ arasında “müharibə”

Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, ABŞ-ın rus bankları, yaxud da valyuta əməliyyatlarını məhdudlaşdırmağa yönəlmiş hər hansı bir addımı iqtisadi müharibə olaraq qiymətləndiriləcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ keçmiş rus agenti və qızının İngiltərədə zəhərlənməsi ilə bağlı Rusiyaya sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bunun ardınca Rusiya rublunun dəyəri son iki ildəki ən aşağı səviyyəyə düşüb.

ABŞ-da respublikaçı və demokrat senatorların qovluq halında təqdim etdiyi müxtəlif tədbirlər planı ilə ABŞ-dakı Rusiya bankları və dollar istifadəsi sahəsində məhdudiyyətlərin tətbiqi təklif olunub. Rusiya baş naziri isə ABŞ-ın Rusiya banklarına hədəflənməsi halında Rusiyanın ABŞ-a qarşı iqtisadi, siyasi və digər sahələrdə qarşılıq verəcəyini vurğulayıb. O, qeyd edib ki, banklar və pul vasitələrindən istifadə ilə bağlı hansısa qadağanın qoyulmasını iqtisadi müharibə elanı kimi qəbul edəcəklər.

Nurlan AĞA
Aznews.az