Almaniyada Berlin divarının fraqmentinin sökülməsi işləri bu gündən bərpa edilib Almaniyada Berlin divarının fraqmentinin sökülməsi işləri bu gündən bərpa edilib

Berlin divarının qalıqları sökülür - VİDEO

Almaniyada Berlin divarının fraqmentinin sökülməsi işləri bu gündən bərpa edilib




Almaniyada Berlin divarının fraqmentinin sökülməsi işləri bu gündən bərpa edilib. Almaniya Demokratik və Federativ Respublikalarının birləşdirilməsindən bəri qorunub saxlanılan divar hissəsi rəssamlar tərəfindən şəkillərlə örtülüb. Ümumi eni 22 metr olan 19 beton blokun başqa yerə köçürülməsi planlaşdırılır.

Belə ki, Berlin divarının qorunmuş hissəsi yerli investorlara Şpree çayı sahilində planlaşdırılan yolun inşasına mane olur. Divar hissəsinin sökülməsi isə yerli ictimai birliklərin narazılığına səbəb olub. Divarın sökülməsinə ötən ay başlanılsa da, şəhər sakinlərinin etiraz aksiyası bunun müəyyən vaxtadək təxirə salınmasına gətirib çıxarmışdı. Bu gün də sökülmə ilə əlaqədar narazılıqların qarşısını almaq üçün əraziyə 250 polis cəlb edilib. Qeyd edək ki, Berlini iki hissəyə ayıran Berlin divarının böyük bir hissəsi 1989-cu ildə sökülüb.