İndoneziyada təkanlar davam edir

İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir.

Qeyd edək ki, bu gün səhər saatlarında da təkanlar baş vermişdir.

Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb.