- Köhnə - Dünya
- 20 Avqust 2018 11:04
- 3 298
Venesuelada mühüm gün - Dövriyyəyə yeni pullar buraxılır
Bu gündən Venesuelada dövriyyəyə yeni pullar buraxılacaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin milli valyuta 1:100 000 nisbətində denominasiya edilir.
Buna səbəb Venesuelanın milli valyutası - bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.
Yeni pulların dəyəri Venesuelanın "Petro" adlı kriptovalyutasının dəyərinə bağlı olacaq. Denominasiya ilə əlaqədar bu gün ölkədə qeyri-iş günü elan olunub ki, vətəndaşlar yeni pullara rahat öyrəşə bilsinlər.
AzNews.az