- Köhnə - Dünya
- 22 Avqust 2018 15:41
- 6 857
Trampın qara günləri: prezidentlikdən uzaqlaşdırıla bilər
Prezident Trampın ən yaxın adamlarının etirafları ABŞ-da böyük qalmaqal doğurub. Ölkə mətbuatı prezidentin istefaya göndərilməsi ilə bağlı proseslərin başlanmasına yönəlik ard-arda məqalələr yayımlamağa başlayıb.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, Trampın əvvəlki vəkili Maykl Kohen və kampaniya direktoru Paul Manafortun mühakiməsi zamanı prezidentlə bağlı şok nüanslar ortaya çıxıb.
Kohen Trampın əlaqədə olduğu iki qadına pul təklif edərək seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı qanun pozuntusu etdiyini iddia edib. Manaforta qarşı isə vergidən yayınma təqsiri çərçivəsində irəli sürülmüş 18 iddiadan 8-i təsdiq olunub.
ABŞ tarixində indiyə kimi belə hadisələr müəyyən vaxtlarda olsa da, media bunun daha çox qalmaqal yaradacağını yazıb. ABŞ mediasından “Boston Globe”, “The Washington Post”, “The Wall Street Journal”, “CNN” kimi nümunələr 21 avqust gününü Donald Trampın ən ağır və hakimiyyətdən getmə prosesinin başlanğıc günü kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ prezidenti Kohenin iddiaları haqqında heç bir fikir bildirməyib, Manafortla bağlı məsələdə isə “olayla bir əlaqəsi olmadığını” vurğulayıb.
Nurlan AĞA
AzNews.az